1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Arsenal" "Mançester Yunayted"i əlindən qaçırdı
İngiltərə Premyer Liqasında XV turun mərkəzi görüşü "Mançester Yunayted" və "Arsenal" komandaları arasında keçirilib. Sportnet.az-ın məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 26-cı dəqiqədə qonaq komandanın futbolçusu Şkodran Mustafi açıb. Bundan 3 dəqiqə sonra meydan sahiblərindən Antoni Marsyal bərabərlik qolunu vurub. 68-ci dəqiqədə Aleksandr Lyakazett "Arsenal"ı yenidən irəli çıxarıb. Lakin cəmi 1 dəqiqə sonra Cessi Linqard "Mançester Yunayted"i məğlubiyyətdən qurtarıb.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Arsenal" 5-ci pillədə qalıb. 23 xalı olan "Mançester Yunayted" isə 8-ci pilləyə yüksəlib.
Qeyd edək ki, "Arsenal" "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindəndir. İki komanda arasında Bakıda keçirilmiş görüşdə qonaqlar qalib gəlib - 3:0. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.