"1/8 final mərhələsi 10 oyundan ibarətidr. Bu gün I Divizion klubu "Şüvəlan” ilə üz-üzə gəldik".
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/8 finalında "Şüvəlan"ı 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis birinci hissədə çətinlik çəkdiklərini və qol vura bilmədiklərini vurğulayıb. "İkinci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq. Aqil Nəbiyev "Şüvəlan”da yaxşı kollektiv qura bilib, bu səbəbdən onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”.
"Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev isə matçda iki fərqli hissənin olduğunu və ilk yarıda xarakter nümayiş etdirdiklərini söyləyib: "İkinci hissənin əvvəlində isə uğursuz bir epizod oldu və hesabda geri düşdük. Bundan sonrakı hadisələrdə əleyhimizə işlədi. Açığı, bizim komandanın əsasını gənc futbolçular təşkil edir. Geniş heyətimiz yoxdur, qarşıda çempionat oyunu gəlir. Bütün bunları nəzərə alsaq, ilk hissədəki əzmkarlıq məni razı saldı. Bu gün həqiqətən də Premyer Liqa ilə I Divizion arasında fərq var”.