1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşqçi hakimin qarşısında diz çökdü
Bolqarıstan çempionatının XVIII turunda MOİK və "Lüdoqorets" komandaları arasında keçirilmiş görüşdə qeyri-adi hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Nestor El Maestro referinin əsas vaxta 2 dəqiqə uzatmasını təəccüblə qarşılayıb. O, səbəb kimi 89-cu dəqiqədə rəqib komandanın futbolçusunun meydandan qovulmasını göstərib. El Maestro əvvəlcə yan xətt hakimin yanında qazona oturub, sonra isə ehtiyat hakimin qarşısında diz çökərək, oyuna bir qədər də vaxt artırması üçün yalvarıb. Paralel olaraq, baş məşqçinin köməkçiləri baş hakimlə emosional formada danışıb. Amma matça artırılmış vaxtın sayı dəyişməyib.
Yekunda görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və lider "Lüdoqorest" ən yaxın izləyicisi MOİK-lə 5 xallıq fərqi qoruyub.