1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Qələbə bizə çox vacib idi"
"Maraqlı, əzmkar mübarizə izlədik. Qalib gəldiyimiz üçün futbolçulara təşəkkür edirəm. Klubumuz ağır dönəm keçirir. Oyundan-oyuna artırır, baxımlı futbol sərgiləyirik. Son 15 dəqiqəni çıxmaqla, çıxışımızdan razı qaldım. Artıq güc bitmək üzrə idi. Ona görə sonluğu nəticəyə oynadıq. Bu görüşdə qələbə bizə çox vacib idi. İstədiyim futbolun 70-80 faizini izləyə bildik. Qarşıda "Qarabağ"la kubok oyunu gəlir, ciddi hazırlaşacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sabah" komandasına 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Diallonun tez-tez səvhlərə yol verməsini nə ilə əlaqələndirərdiniz?
- Səhvsiz futbolçu olmur. Səhvlərin davamının gəlməməsi üçün kənardan iradlarımızı bildiririk. Oyun olan yerdə səhvlər də olmalıdır. Biz də çalışırıq ki, səhvlər az olsun.
- Sərtan Taşqın əvəzlənməsini istəyirdi. Amma onu meydanda bir müddət də saxladınız...
- Kənardan daha rahat görünür. Amma daxildə başqa cürdür. Sərtana dedim ki, bir müddət qala bilərsən. Ondan xahiş erdim ki, meydanda qalsın. Çünki zədəsi elə deyil.
- Elnur Cəfərovu cəzalandırdığınız deyilir...
- Mən heç kimi cəzalandırmamışam. Bura gələndə əvəzedici heyətdə idi. Əvəzedicilərin də, U-19 komandamızın da oyunlarını izləməyə başlamışam. Hazırda Elnurun çıxışından razı deyiləm.
- Amma hələ də əvəzedicilərin oyunlarına getmir...
- Bu, mənə yox, bu komandanın baş məşqçisinə aid sualdır.
- Baş hakimə iradlarınız nə ilə əlaqədar idi?
- Hakim səhvləri olur. Təbii qarşılamaq lazımdır. Bir insanın 22 futbolçunu idarə etməsi çox çətindir. Gələcək oyunlarda belə hadisələr olmaz.