1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dani Kintana: "Ölkənin dəyərlərini qəbul edirəm"
"Qarabağ"ın futbolçusu Dani Kintana Topaz Premyer Liqasının XIV turunda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bu günkü qarşılaşmada 3 qol vurdunuz. Cari mövsümdə zədəniz sağalandan sonra het-trik etdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Karyeramda ilk dəfə het-trik edirəm. Buna çox ehtiyacım var idi. Zədədən sonra hər bir futbolçunun özünəinamının qayıtması üçün qol vurması vacibdir. 3 qol vuracağımı gözləmirdim. Qollarım komandaya qələbə gətirirsə və köməklik göstərirsə, bundan ancaq məmnunluq duya bilərəm. 4 ildir ki, buradayam ilk dəfə görürəm ki, ardıcıl iki oyunda komandamızın üzvləri het-trik edir.
- Uzun müddətdir ki, Azərbaycandasınız. Bu ölkənin pasportunu alıb, Azərbaycan yığması üçün oynamağı fikirləşmisiniz?
- Məlumatım yoxdur ki, ölkənin paportunu almaq üçün burada neçə il qalmaq lazımdır. Bu məsələ ilə bağlı hər hansı bir plan yoxdur. 4,5 ildir ki, bu ölkədəyəm. Azərbaycan və "Qarabağ” mənim həyatımda önəmli yer tutur. Hər ikisi mənə çox şey verib. Komandanın və ölkənin dəyərlərini qəbul edirəm.
- Yığmada çıxış etmək üçün sizə təklif gəlsə qəbul edərsiniz?
- İlk növbədə dəvət olmalıdır. Bunlar həllini tapsın, ondan sonra heç bir problem olmayacaq.