1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Fransa və İsveçrə ilə eyni qrupda - YENİLƏNDİ
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində reallaşan püşkə əsasən, yığma Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn kollektivləri ilə birgə 2-ci qrupda mübarizə aparacaq:
1-ci qrup: İtaliya, İsveç, İslandiya, İrlandiya, Ermənistan, Lüksemburq
2-ci qrup: Fransa, Slovakiya, İsveçrə, Gürcüstan, Azərbaycan, Lixtenşteyn
3-cü qrup: İngiltərə, Avstriya, Türkiyə, Kosovo, Albaniya, Andorra
4-cü qrup: Xorvatiya, Çexiya, Yunanıstan, Şotlandiya, Litva, San Marino
5-ci qrup: Serbiya, Polşa, Rusiya, Bolqarıstan, Latviya, Estoniya
6-cı qrup: İspaniya, İsrail, Monteneqro, Makedoniya, Qazaxıstan, Farer adaları
7-ci qrup: Portuqaliya, Hollandiya, Norveç, Belarus, Kipr, Cəbəllütariq
8-ci qrup: Danimarka, Rumıniya, Ukrayna, Finlandiya, Şimali İrlandiya, Malta
9-cu qrup: Almaniya, Belçika, Uels, Bosniya və Herseqovina, Moldova
Qeyd edək ki, 53 komandanın paylaşıldığı 9 qrupun qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.
Seçmə mərhələnin oyunları 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekun vurulacaq. Pley-off oyunları 2020-ci il 9-17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.
------------------------------------------------
Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 12:00-da start götürəcək tədbirdə Azərbaycan yığmasının da rəqibi müəyyənləşəcək. Püşkün proseduruna əsasən, 53 yığma UEFA əmsallarına uyğun olaraq 6 səbətə bölünüb. Milli komanda Şimali İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Ermənistan və Kipr kollektivləri ilə birgə E səbətində yer alıb:
A səbəti: Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Danimarka, Fransa, İtaliya, Serbiya, Xorvatiya
B səbəti: Avstriya, İsveç, Belçika, Slovakiya, Polşa, Rumıniya, Çexiya, Hollandiya, İsrail
C səbəti: Yunanıstan, Ukrayna, Norveç, Rusiya, Türkiyə, İslandiya, Uels, İsveçrə, Monteneqro
D səbəti: Bolqarıstan, Finlandiya, İrlandiya, Gürcüstan, Kosovo, Şotlandiya, Makedoniya, Belarus, Bosniya və Herseqovina
E səbəti: Şimali İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Azərbaycan, Ermənistan, Kipr
F səbəti: Lüksemburq, Malta, Estoniya, Farer adaları, Cəbəllütariq, Andorra, San-Marino, Lixtenşteyn
Püşk komandaları səkkizində 6, birində isə 5 komandanın yer alacağı doqquz qrupa böləcək. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.
Seçmə mərhələ 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekunlaşacaq. Pley-off oyunları 2020-ci il 9 - 17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, İspaniya Cəbəllütariq, Kosovo isə Serbiyə ilə eyni qrupa düşə bilməz.