UEFA İtaliyanın "Milan" klubunu cəzalandırıb.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, buna klubun maliyyə "fair-play" qaydalarına riayət etməməsi səbəb olub.
UEFA İtaliya təmsilçisini bu mövsüm üçün Avropa Liqasındakı gəlirdən - 12 milyon avrodan məhrum edib. Komanda növbəti iki mövsümdə avrokuboklarda 21 futbolçu sifariş verə biləcək. "Milan" 2021-ci il iyunun 30-dək maliyyə "fair-play" məsələsini düzəltməsə, 2022/2023 və 2023/2024 mövsümlərdə avrokuboklarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Milan" cari mövsüm Avropa Liqasının F qrupunda Yunanıstan "Olimpiakos"una 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.