"Baş məşqçimiz bizə çox gözəl taktika vermişdi. Oyun ərzində tez-tez taktikaları dəyişirdik. Amma ən gözəl taktikamız ikinci hissədə oldu. İkinci yarıda çoxlu əziyyət çəkdik, amma hesabı bərabərləşdirə bilmədik".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Filip İvanoviç Azərbaycan Kubokunun 1/4 finalının ilk matçında səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibəsində deyib.
26 yaşlı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Hesabı bərəbarləşdirmək üçün bir sıra qol imkanlarınız oldu. Amma yararlana bilmədiniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bu gün həqiqətən də bəxtimiz gətirmədi. 45-ci dəqiqəqə qapımızda gördüyümüz qol da bəxtsizlikdən irəli gəlir. Rəqibin də çox ciddi şansları olmadı. Bu günkü oyunu bəxtsizlik də adlandımaq olar.
- Avtoqol müəllifi oldunuz. Bu barədə nə deyə bilərsiniz?
- Bu futboldur. Hər şey ola bilər.
- Cavab qarşılaşmasından nə gözləyirsiniz?
- Baş məşqçimiz tez-tez gənc oyunçuları meydana buraxır. Bu çox gözəl addımdır. Biz inanırıq ki, gənc oyunçular "Sabah”ın gələcəyidir və növbəti matçlarda da bizə xeyir verəcəklər.
- "Qəbələ”nin daha çox qol imkanları oldu. Bunu nə ilə əlaqələndirirsiniz?
- "Qəbələ”nin çox güclü oyunçuları var. Baş məşqçiləri də çox yaxşıdır. Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik və rəqib qol vurdu. İkinci yarıda isə üstünlü bizim tərəfimizdə idi. İnanıram ki, cavab görüşündə qalib gələcəyik.