1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sabiq "Qəbələ"li "Real Madrid"ə rəqib olmalarından danışdı
"Nailiyyətimiz bütün gözləntiləri ötüb keçdi. Bu, inanılmaz səviyyədə rəqabətdir”.
Sportnet.az xəbər verir ki, bunu klublararası dünya çempionatının finalında İspaniya "Real Madrid”i ilə qarşılaşacaq Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn” komandasının qapıçılar üzrə məşqçisi Luis Araqon "Marca”ya deyib.
2012-ci ilin mayından 2015-ci ilin iyununadək "Qəbələ” Futbol Akademiyasında çalışan, 2013-cü ildə bir aylıq əsas komandaya rəhbərlik edən ispaniyalı mütəxəssisin sözlərinə görə, bu, "Əl-Əyn”nin ən böyük uğurudur: "Bu cür yarışda "Real Madrid”lə qarşılaşmaq başımıza gələ biləcək ən yaxşı hadisədir. Çünki bunun böyük nəticələri olacaq”.
L.Araqon cari mövsümün əvvəlindən BƏƏ klubunda işləyir.
Qeyd edək ki, FIFA klublararası dünya çempionatının finalı dekabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.