1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Real Madrid"dən yeni rekord
İspaniya "Real Madrid"i tarixində dördüncü dəfə klublararası dünya çempionatının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş final matçında "kral klubu" yerli "Əl-Ayn" komandasını 4:1 hesabı ilə məğlub edib. "Şeyx Zayed" stadionundakı qarşılaşmada hesabı 14-cü dəqiqədə Luka Modriç açıb. 60-cı dəqiqədə Markos Lyorente fərqi artırıb, 78-ci dəqiqədə isə Serxio Ramos 3-cü qolu vurub. 86-cı dəqiqədə Tsukas Siotani fərqi azaltsa da, 90+1-ci dəqiqədə Yəhya Nader topu öz qapısına göndərərək, yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, "Real Madrid" klublararası dünya çempionatında rekorda imza atıb. Paytaxt təmsilçisi 2014, 2016 və 2017-ci illərdə də dünya çempionu olub. Bununla da Madrid komandası 3 titulu olan "Barselona"nı üstələyib.