Çinin "Şanxay Şenxua” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Kike Sançes Floresə həvalə olunub. 53 yaşlı mütəxəssis bu postda U Tzinquyu əvəzləyib.
Qeyd edək ki, son iş yeri İspaniyanın "Espanyol” klubu olan Flores, daha öncə vətənində "Hetafe”, "Valensiya”, "Atletiko”, Portuqaliyanın "Benfika”, İngiltərənin "Uotford”, Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli” və "Əl-Ayn” komandalarına rəhbərlik edib.