"Liverpul" klubu İngiltərə Premyer Liqasında ilk dövrəni məğlubedilməz lider kimi başa vurub. 
Sportnet.az-ın məlumatına görə, Yurgen Kloppun baş məşqçi olduğu komanda XIX turda "Nyukasl" üzərində böyük hesablı qələbə qazanıb - 4:0. Bu qələbə sayəsində "qırmızılar" xallarını 51-ə çatdırıb və ikinci pillədəki "Tottenhem"i 6 xal geridə qoyub. Hazırda bu komandanın aktivində 16 qələbə, 3 heç-heçə var. 
"Liverpul" sonuncu dəfə 1987-1988 mövsümündə ilk 19 oyununda uduzmayıb. Həmin mövsüm "qırmızılar" çempion olub. İlk belə hal isə 1949-1950 mövsümündə baş verib. Lakin həmin vaxt komanda sonda 8-ci yeri tutub. 
Qeyd edək ki, hesabat turunda "Lester"ə səfərdə 1:2 hesabı ilə uduzaraq, 44 xalla 3-cü pilləyə enib. "Tottenhem" isə evdə "Bornmut"u darmadağın edib - 5:0. 









                 





    
    
    
    
    
    
    
    
    






















































