1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran"ın 3 futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Xəzər Lənkəran" oyuna hazırlıqlarını itkilərlə davam etdirir. Sportnet.az-ın məlumatına görə, cənub klubunun 3 futbolçusu hazırda zədədən əziyyət çəkir.
Bunlar qapıçı Cahangir Həsənzadə, yarımmüdafiəçi Uğur Pamuk və hücumçu Ağabala Ramazanovdur. Klubdan aldığımız məlumata görə, adıçəkilən oyunçuların hər üçü sabah məşqçilər korpusunun ixtiyarında olmayacaq. Əvəzində həftəiçi məşq zamanı zədələnən Deyan Blajevskinin durumunun ciddi olmadığı və makedoniyalı yarımmüdafiəçinin oynaya biləcəyi bildirilib.
Qeyd edək ki, "Qarabağ" - "Xəzər Lənkəran" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.