Futbol üzrə İtaliya A Seriyasında XVIII turun "İnter” – "Napoli” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında münaqişə baş verib.
Sportnet.az "Football Italia”ya istinadən xəbər verir ki, dava-dalaş nəticəsində qonaqların 4 fanatı bıçaqlanıb. Onlardan qarın nahiyəsindən bıçaq yarası alan 43 yaşlı azarkeşin xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər 3 nəfər isə yüngül xəsarət alıb.
Bundan başqa, dava zamanı "İnter” azarkeşlərindən biri yaxınlıqdan keçən avtomobil tərəfindən vurulub. Həmin şəxsin durumu ağır qiymətləndirilir.
Qeyd edək ki, oyun "İnter”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.