İngiltərə "Vest Hem"i Samir Nəsri ilə müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi ilə sonradan uzadıla bilməsi şərti ilə cari mövsümün sonunadək anlaşma əldə olunub.
2016-cı ilin dekabrında Nəsrinin orqanizmindən qidalandırıcı mikroelement aşkarlanıb. Həmin vaxt İspaniya "Sevilya"sında çıxış edən oyunçuya qan köçürməsi edilib. Bu isı antidopinq qaydalarına ziddir. 31 yaşlı futbolçunun cəza müddəti artıq başa çatıb və bu gündən meydana çıxmasında heç bir problem yoxdur.