Azərbaycan millisinin və "Neftçi” klubunun futbolçusu Mirabdulla Abbasov Avropa Liqası muzeyində azarkeşlərlə görüşəcək.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbir yanvarın 3-də təşkil olunacaq. Saat 19:00-da başlanacaq görüşdə muzey ziyarətçiləri 24 yaşlı hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.
Abbasov İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində 2018-ci ilin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. Qarşılaşma mayın 29-da təşkil olunacaq. keçiriləcək.