
Yanvarın 2-dən Türkiyənin Antalya bölgəsindəki Lara qəsəbəsində təlim-məşq toplanışında olan "Sabah" komandası ötən gün iki məşqə çıxıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, səhər məşqində fiziki, axşam məşqində isə taktiki-texniki çalışmalara üstünlük verilib. Türkiyə toplanışı yanvarın 23-dək davam edəcək.