Fransa PSJ-sinin futbolçusu Adrien Rabyo İspaniyanın "Barselona" klubu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Sportnet.az-ın "Paris United"ə istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi 5 illik müqavilə qarşılığında ilinə 10 milyon avro qazanacaq. Fransalı oyunçunun anası və agenti Veronika Rabyo müqavilə haqqı kimi 15 milyon avro istəsə də, Kataloniya təmsilçisinin rəhbərliyi güzəştə getməkdən imtina edib.
"Barselona" və PSJ klubları arasında danışıqlar isə tezliklə başlanacaq. Tərəflər razılığa gələ bilməsələr, cinah yarımmüdafiəçisi "Barsa"ya bu yay azad agent qismində keçəcək.
Qeyd edək ki, Adrien Rabyo bu mövsüm 14 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.