
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsi "Keşlə" klubu üçün seminar keçirib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ASK Arena"nın konfrans zalında təşkil olunmuş seminar hakimlik məsələləri və oyun qaydalarına həsr olunub.
Komitə sədri Frits Ştuxlik yeni oyun qaydaları və hakimlik məsələləri barədə ətraflı danışıb. Tədbirdə "Keşlə"nin məşqçilər heyəti və futbolçular iştirak ediblər.