1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bəzilərinin çəkiləri 700-800 qram artıb"
"Uşaqlar fasilə dövründə idmansız qalmayıblar. İstirahət günlərində daim stadionda qaçan, futbol oynayanlar çox olub. Ona görə deyə bilərəm ki, toplanışa hazılıqlı gəliblər”.
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Etibar İbrahimov klubun rəsmi saytına açıqlamasında deyib. Gənc mütəxəssis Gəncə təmsilçisinin qış hazırlığı barədə danışıb: "Futbolçular çəkilərinə diqqət yetiriblər. Düzdü, bəzilərinin çəkiləri 700-800 qram artıb. Amma bu, problem sayılmamalıdı. Onlara nəzarət olunur, bir neçə məşqdən sonra əvvəlki çəkiyə düşdülər. Hazırlıqda ümumi dözümlülük məşqləri üzərində işləyirik, oyunçular tez bərpa olaraq artıq çəkidən azad olublar”.
İbrahimov yetirmələrinin hazırlığa ciddi yanaşdıqlarını da sözlərinə əlavə edib: "Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır, məşqlərdə istənilən səviyyədə çalışırlar. Yanvarın 14-də "Turan Tovuz”la yoxlama görüşümüz var. Həmin matçda futbolçularımız bacarıqlarını ortaya qoyacaqlar. Çalışırıq ki, bir neçə futbolçu da dəvət edib komandanı gücləndirək. İlk dövrədə çəkdiyimiz əziyyəti göz önünə gətirərək limitə uyğun oyunçu tapmaq istəyirik”.
Qeyd edək ki, məşq planına əsasən, "Kəpəz” hazırlığın ikinci mərhələsini Bakıda keçirmək niyyətindədir. İbrahimov rəqib qismində I Divizionun iddialı komandaları ilə yanaşı, Premyer Liqa klubları ilə də qarşılaşmaq istədiklərini bildirib. Bu yöndə danışıqlar gedir.