
2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirmək üçün Türkiyəyə yollanan "Qəbələ” komandası Antalya toplanışına start verib.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar” qonşu ölkədəki toplanışın ilk günündə bir məşqlə kifayətləniblər. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Komanda fitnes zalda çalışıb. Futbolçular fiziki təmrinləri yerinə yetiriblər.