Slovakiya milli komandasının futbolçusu Yuray Kutska Türkiyə "Trabzonspor"undan İtaliya "Parma"sına keçib.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi 2,5 illik müqaviləyə imza atıb. O, Trabzon təmsilçisində 1,5 il çıxış etdikdən sonra yenidən A Seriyasına dönməyə qərar verib. Kutska 2011 - 2015-ci illərdə "Cenoa"da, 2015 - 2017-ci illərdə "Milan"da çıxış edib.
Qeyd edək ki, Slovakiya 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. İki komanda arasında ilk görüş iyunun 11-də Bakıda, təkrar qarşılaşma noyabrın 19-da Bratislavada təşkil olunacaq.