“Oyun çətin keçdi. Yetərincə güclü və sanballı komandaya qarşı oynadıq.
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Rəşad Eyubov yoxlama oyununda Qazaxıstan "Tobol"u ilə 2:2 hesabı ilə heç-heçə etdikləri matç barədə danışarkən deyib.
Yarımmüdafiəçi məşqdə çalışdıqlarının əksəriyyətini meydanda nümayiş etdirə bildiklərini deyib: "Bu, yaxşı məqamdı. Lakin öz üzərimizdə hələ çox çalışmalıyıq. Düşünürəm ki, qarşıdakı matçlarda oyun keyfiyyətimizi bir az da artıracağıq".
Eyubov “Sabah”da ilk qolunu vurduğuna görə şad olduğunu söyləyib: "Artıq komandaya tam uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi meydanda yaxşı başa düşürük”.