
"İlk oyunumuz idi. Məlum səbəblərə görə bir az planımızda dəyişiklik oldu. Yağışlı havaya görə ilk oyunumuz baş tutmadı. Deməzdim ki, bütün işimizə əngəl törətdi. Amma çox oyun keçirmək bir çox suallara aydınlıq gətirir".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Rumıniya "Voluntari"sinə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib. 41 yaşlı mütəxəssis hazırlıq prosesindən razılıq ifadə edib: "Hazırlığımız yaxşıdır. Bu gün komandam meydana yorğun halda çıxdı. Bu da bizim planımız idi. Bilmək istəyirdik ki, futbolçular meydanda yorğun halda nə fikirləşir. Bu, maksimumuz deyil. Birinci hissədə səhvlərimiz oldu. Görüləsi çox işimiz var. Amma bəzi müsbət nüanslar var idi. Çatışmazlıqlar zamanla düzələcək”.