Futbol üzrə Meksika çempionatında “Qvadalaxara” və “Toluka” komandaları arasında keçirilən oyunda kuryoz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, matçın referisi 80-ci dəqiqədə qonaq komandanın futbolçusunun zərbəsindən sonra topun qapı xəttini keçib-keçmədiyini çətinliklə müəyyənləşdirib.
VAR sistemindən yararlanan baş hakim düzgün qərar verməkdən ötrü epizodun videotəkrarına 8 dəqiqə baxıb və yekunda qol qeydə almayıb.
Qarşılaşma “Qvadalaxara”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Meksika çempionatında VAR sistemi ötən ilin oktyabrından tətbiq edilir.