"Qarabağ" komandası Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə keçirəcəyi matçın hazırlıqlarına start verib.
Sportnet.az xəbər verir ki, kollektiv iki günlük istirahətin ardından klubun bazasında bir araya gəlib. Axşam saatlarında başlayan hazırlıq təxminən 1,5 saat davam edib.
Məşqdə zədədən sonra bərpa dövrünü başa vuran Reynaldo da iştirak edib.
Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq.