
"İlk toplanışla müqayisədə çoxlu matçımız, çoxlu yüklənməmiz, daha böyük hazırlıqlarımız olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının futbolçusu Daniil Sikan Türkiyənin Antalya bölgəsindəki ilk təlim-məşq toplanışındakı yoxlama oyunları barədə "Futbol1"ə açıqlamasında deyib.
18 yaşlı hücumçu həm ilk, həm də ikinci toplanışdakı rəqiblərindən "Qarabağ"ı fərqləndirib: Düşünmürəm ki, sınaqçı rəqiblərdən hansınısa ayırmaq olar. Bütün komandalar güclüdürlər. Hələlik ən güclüsü "Qarabağ" olub. Amma biz qalib gəlmişik. Qalanları daha zəif olacaq".
Qeyd edək ki, "Şaxtyor" ilk toplanışda "Qarabağ"a 3:1 hesabı ilə qalib gəlib, Xorvatiya "Hayduk"una isə uduzub - 1:4. Antalyadakı növbəti hazırlıq prosesində isə rəqiblər "Hobro" (Danimarka), "Lex" (Polşa), "Partizan" (Serbiya), "Botev" (Bolqarıstan) və "Vakker" (Avstriya) olacaq.