“Neftçi” klubu ilə yollarını ayıran Slavko Braliçin yeni iş yeri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı xorvatiyalı müdafiəçi Yunanıstanın AEL klubuna keçib. O, Larisa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, yanvarın 30-da Slavko Braliçin “Neftçi” ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.