"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XV turunda "Sabah"a evdə 0:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
- Bizim üçün həddən artıq pis oyun oldu. Özümüz bunu gözləmirdik. Görünən odur ki, yoxlama matçları ilə çempionat qarşılaşmalarının fərqinə varmadıq. Azarkeşlərimizin qarşısında çox həyəcanlı oynadıq. Matçdan əvvəl demişdim ki, bir nəfər oyundan qopsa, pis olacaq. İlk hissədə 5-6 futbolçumuzda belə oldu. Yığıb-yığışdıra bilmədik. Yeni futbolçularımızdan bu gün heç nə gözləmirdik. Ancaq istədik ki, Azərbaycan çempionatını hiss etsinlər. Nisbətən hazır olan iki nəfəri meydana buraxdıq. Ümid veriləsi bir oyun idi. Amma hər şey etdik ki, özümüzü çuxura salaq. Əsla rahatlıq yox idi. Sadəcə. bilmirəm futbolçularımıza nə oldu.
- Say üstünülüyündən istifadə edə bilmədiniz. Komandanız tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?
- Faiz dərəcəsilə sıfır. Hansısa futbolçunun oyunu getmirsə, artıq meydanda fərqinə varmır 10 nəfərik, yoxsa nə. Öz ab-havasında oynayır. Belə futbolçularımız çox idi.
- Yeni futbolçularınıza nə qədər vaxt lazımdır ki, tam formaya düşsünlər?
- Bizə 3-4 tur lazımdır ki, onlar formaya düşsünlər.