Futbol üzrə Azərbaycan millisində baş məşqçi məsələsi bu gün müzakirə olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu məqsədlə AFFA Məşqçilər Komitəsinin üzvləri ilə görüş keçiriləcək. Görüşdə namizədlərin siyahısı açıqlanaraq, onların arasından ən uyğunu seçiləcək.
Hazırda qısa siyahıda 5 mütəxəssis qalıb. Onların hamısı müxtəlif yığmalarda baş məşqçi və ya köməkçi-məşqçi kimi iş təcrübəsinə malikdir. AFFA rəhbərliyi namizədlərin hər biri ilə görüşərək şərtləri ilə tanış olub. İndi isə Məşqçilər Komitəsinin rəyini öyrənmək qalıb.
Baş məşqçinin kimliyi məhz müzakirələr nəticəsində böyük ölçüdə müəyyənləşə bilər.
Qeyd edək ki, Azərbaycan yığmasında baş məşqçi postu dekabrın 7-də Qurban Qurbanovun istefaya göndərilməsindən sonra boş qalıb. Millinin ilk rəsmi oyunu martın 21-də səfərdə Xorvatiya ilə AVRO-2020-nin seçmə matçına təsadüf edəcək.