
Futbol üzrə Birinci Divizionda XIV tura start verilib.
Sportnet.az xəbər verir ki, turun açılış matçında "Turan Tovun" "Qarabağ-2"ni qəbul edib. Qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində əvəzedici heyətə göndərilən Con Delarj da meydanda olub.
Qeyd edək ki, I Divizionda növbəti turun oyunları 7 və 8 fevral tarixlərində keçiriləcək.