Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Fatih Terimin atası vəfat edib.
Sportnet.az “NTV Spor”a istinadən xəbər verir ki, Talat Terim Adana şəhərində müalicə aldığı xəstəxanada 94 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F.Terim fevralın 2-də “Qalatasaray”ın səfərdə 1:1 hesabı ilə heç-heçə etdiyi “Alanyaspor”la XX tur matçından sonra mətbuat konfransına qatılmayıb və səhhətində problem yarandığı üçün reanimasiyaya yerləşdirilən atasının yanına gedib.