Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan komanda Serbiyanın "Partizan" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Şeydayev oyuna start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib.