UEFA və Avropa Klubları Assosiasiyası (ECA) 2024-cü ilədək qarşılıqlı anlaşma barədə Memorandum imzalayıblar.
Sportnet.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, sözləşməyə UEFA prezidenti Aleksander Çeferinlə ECA-nın rəhbəri Andrea Anyelli İtaliyanın paytaxtı Romadakı İcraiyyə Komitəsinin iclası zamanı qol qoyublar.
Anlaşma oyunçuların yığmalarda çıxışları zamanı sığortalanmalarını, klubların beynəlxalq turnirlərdən gəlirlərinin bölüşdürülməsini, klubların qərarların qəbulu prosesində iştiraklarını, beynəlxalq oyunların təqviminin razılışdırılmasını özündə ehtiva edir.