Fransa Liqasında XVIII turun "Marsel" - "Bordo" matçı boş tribunalar önündə keçirilib.
Sportnet.az-ın məlumatına görə, buna "Velodrom" stadionunun cəzalandırılması səbəb olub. Arenada klub rəhbərliyi və jurnalistlərdən əlavə pişik də iştirak edib. O, dərhal diqqətləri özünə yönəldib.
Görüş "Marsel"in qələbəsi ilə yekunlaşıb - 1:0. Bu qələbə sayəsində olimpiyaçılar xallarını 34-ə yüksəldərək, 7-ci pillədə yer alıblar. "Bordo" isə 28 xalla 12-cidir.
Qeyd edək ki, "Velodrom"un cəzalanmasına daha əvvəl "Marsel"in "Lill"ə 1:0 hesabı ilə qalib gəldiyi görüşdə azarkeşlərin meydana yandırıcı maddələr atmaları səbəb olub.