"Qarabağ" klubu "Sumqayıt"ın futbolçusu Rail Məlikova təşəkkür edib.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi iki komanda arasındakı Azərbaycan Premyer Liqasının XVI tur matçı zamanı təcrübəli müdafiəçinin hərəkətini yüksək qiymətləndirib. 20-ci dəqiqədə Filip Ozobiçin zərbəsindən sonra top "Sumqayıt"ın qapı torunu deşərək, keçib. Baş hakim Orxan Məmmədov qolu qeydə almaqda tərəddüd edib. Yan xətt hakimi ilə məsləhətləşmələrdən və futbolçuların özlərinin də qolun olduğunu təsdiqləmələrindən sonra o, mərkəzi göstərib. Bu zaman epizoda yaxın olan Məlikov referiyə yaxınlaşaraq, topun qapı toruna içəridən daxil olduğunu təsdiqləyib.
Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 2:0.