"Bir çox ölkələrin müharibə şəraitində yaşamaları məni narahat edir. Ukrayna və Suriyada müharibə gedir. Hamı kiminləsə münaqişədədir. Dinlərin mübarizəsi gedir".
Sportnet.az-ın məlumatına görə, bunu Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Aleksandr Xatskeviç "FootballHub"a müsahibəsində deyib. Belaruslu mütəxəssis siyasətin idmana müdaxiləsindən narahatlıq ifadə edib: "Belə halların futbolda da əksini tapması üzündən bir ölkə digəri ilə oynaya bilmir. Azərbaycan Ermənistanla, Ukrayna Rusiya ilə nə avrokuboklar, nə də yığma səviyyəsində üz-üzə gələ bilməz. Bunun idman üçün müsbət hal olmadığı dəqiqdir".
Qeyd edək ki, Aleksandr Xatskeviç Kiyev "Dinamo"suna 2017-ci ilin yayında baş məşqçi təyin olunub. Mövsümün ilk yarısından sonra paytaxt təmsilçisi lider "Şaxtyor"dan 7 xal geri qalaraq, ikinci pillədə qərarlaşıb. Münaqişəli ölkələrin bir-birilərinə rəqib olmalarını qadağan edən qərarı UEFA qəbul edib.