
Türkiyə Super Liqasında XXI turun mərkəzi görüşü "Qalatasaray" və "Trabzonspor" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 21-ci dəqiqədə Mbaye Dian penaltini dəqiq yerinə yetirib. 30-cu dəqiqədə Uqo Rodalyeqo bərabərlik qolunu vurub. 45-ci dəqiqədə Yunes Belhandanın zərbəsindən sonra qonaq komandanın futbolçusu Hüseyin Türkmənə dəyən top "Trabzonspor"un qapısına daxil olub. Matçda son nöqtəni isə 51-ci dəqiqədə Belhanda qoyub.
Bu qələbədən sonra xallarını 39-a yüksəldən "Qalatasaray" lider "Başakşehir"lə xal fərqini 6-ya endirib. "Trabzonspor" isə 33 xalla 5-ci pillədə qalıb.