İtaliya "Yuventus"u İngiltərə "Arsenal"ının futbolçusu Aaron Remsi ilə müqavilə bağlayıb.
Sportnet.az-ın Turin təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, Uels yığmasının yarımmüdafiəçisi yeni komandasına iyulun 1-dən qoşulacaq. Həmin vaxt onun "topçular"la sözləşməsi başa çatacaq.
Remsinin "Yuventus"da illik maaşının 23 milyon avro olacağı bildirilir. "Arsenal" əmək haqqı tələblərini təmin edə bilmədiyi üçün onunla vidalaşmalı olub.
28 yaşlı oyunçu bu mövsüm Premyer Liqada 22 oyuna 2 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, Avropa Liqasında isə 3 matçda 1 dəfə fərqlənib. Avroliqanın qrup mərhələsində "Qarabağ"a qarşı hər iki qarşılaşmada (3:0, 1:0) iştirak etməyən Remsini Uels millisinin heyətində Azərbaycan yığmasına qarşı AVRO-2020-nin seçmə matçları gözləyir. E qrupundakı görüşlər sentyabrın 6-da Kardiffdə, noyabrın 16-da isə Bakıda keçiriləcək.