SSRİ milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Vitali Xmelnitski vəfat edib.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu 76 yaşında dünyasını dəyişib. O, karyerası ərzində "Azovstal" və Donetsk "Şaxtyor"unda da çıxış edib. Xmelnitski ən böyük uğurunu 1965 - 1972-ci illərdə çıxış etdiyi "Dinamo"da qazanıb. Mərhum futbolçu 4 qat (1966, 1967, 1968, 1971) SSRİ çempionu və ölkə kubokunun qalibi (1966) olub. SSRİ yığmasında 20 oyuna 7 qol vurmuş forvard Meksikadakı 1970-ci il dünya çempionatında iştirak edib.
Qeyd edək ki, Vitali Xmelnitski daha əvvəl 1966-cı il SSRİ çempionatında "Neftçi"yə bilərəkdən uduzduqlarına dair açıqlama verib. O, Rusiya "Spartak"ının medalsız qalması üçün bu addımı atdıqlarını bildirib.