Almaniya Bundesliqasında "Auqsburq" və "Bavariya" komandaları arasında keçirilmiş XXII tur matçının İran televiziyasında nəzərdə tutulan yayımı ləğv olunub.
Sportnet.az-ın məlumatına görə, buna görüşü qadın referi Bibiana Ştaynhausun idarə etməsi səbəb olub. 39 yaşlı baş hakimin meydana şortla çıxmasının qonşu ölkənin dövlət telekanalında yayımı yolverilməz sayılıb.
Qeyd edək ki, görüş "Bavariya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Münhen komandası lider Dortmund "Borussiya"sı ilə xal fərqini 2-yə endirib.