Rusiyanın “Zenit” klubunun hücumçusu Sərdar Azmun İranın avrokuboklarda ən yaxşı bombardirinə çevrilib.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı forvard buna Avropa Liqasının 1/16 finalında Türkiyə “Fənərbağça”sını evdə 3:1 hesabı ilə məğlub etdikləri cavab matçında nail olub. Görüşün 4-cü dəqiqəsində komanda yoldaşı Məhəmməd Ozdoyevə məhsuldar ötürmə verən, 37 və 76-cı dəqiqələrdə isə özü fərqlənən Azmun bununla da avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub.
Onun hesabında 8, Əli Daeidə 6, Mehdi Mahdavikiya və Saman Qoddosda isə 5 qol var. Daei və Mahdavikiya futbolçu karyeralarını başa vurublar.
Qeyd edək ki, Sərdar Azmun həftənin ən yaxşı oyunçusu adına da namizəddir.