"Qəbələ" və "Keşlə" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XVIII tur matçında mübahisəli epizod baş verib.
Sportnet.az-ın məlumatına görə, 76-cı dəqiqədə baş hakim Rəşad Əhmədov meydan sahiblərinin futbolçusu Stiven Monrozun qolunu saymayıb. Yan xətt hakimi top ötürüldüyü vaxt Rauf Əliyevin oyundankənar vəziyyətdə olduğunu iddia edərək, bayrağını qaldırıb. Halbuki epizodun təkrarında Əliyevin rəqib müdafiəçi ilə eyni xəttdə olduğu görünür.
"Qəbələ"nin texniki heyəti qolun sayılmamasına etiraz etsə də, yan xətt hakimi Vüqar Bayramov top ötürüldüyü vaxt Rauf Əliyevin başını aşağı əyməklə aktiv ofsayda düşdüyünü izah etməyə çalışıb. Lakin o, Əliyevin ümumiyyətlə, əvvəldən də ofsaydda olmadığını bilməyib.
Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.