Çinin "Çjetszyan Qrintaun" klubu "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunu başqa komandalara verməkdən imtina edib.
Sportnet.az-ın "kickoff.com"a istinadən məlumatına görə, cənubi afrikalı hücumçu ilə Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ təmsilçiləri maraqlanıb. Ona yerli klublardan da təklif olub. Lakin "Çjetszyan Qrintaun" rəhbərliyi 29 yaşlı forvardın müqaviləsinin sonunadək qalmasını istəyib. Ndlovu isə təklifləri bu ilin iyununda dəyərləndirməyi qərara alıb. Çin çempionatında futbol mövsümü martdan noyabradək davam edir. Təcrübəli futbolçunun mövcud anlaşması məhz mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"ı 2018-ci ilin yanvarında tərk edib. O, "Çjetszyan Qrintaun"un heyətində 24 oyunda rekord sayda - 19 qol vursa da, komandası Superliqaya yüksələ bilməyib.