"Qarabağ"la oyunlar həmişə maraqlı olur. Sürətli və maraqlı oyun alındı. Yaxşı oynadığımızı deyə bilmirəm. Azlıqda qalsaq da, mübarizə apardıq".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Elşas Əhmədov Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Qarabağ"la 1:1hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis 12 il "Qarabağ"ın uğurları üçün çalışmdığını vurğulayıb: "Məndən çox o kluba azarkeşlik edən olmaz. Sadəcə, futbolçular üçün "Qarabağ"la oyun böyük stimuldur. Bu komanda ilə matçlar çox çətin olur".
Əhmədov Cavid İmamverdiyevin ilk dəqiqələrdən meydanda olmamasına da toxunub: "Cavid az məşq edib. Son dörd günün ikisində məşqə qatılmayıb. Səhhəti yaxşı deyildi. Qızdırması var idi".