
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
Soortnet.az-n məlumatına görə, həftənin son matçı Sumqayıtda baş tutub. "Kapital Bank Arena"da şəhərin eyni adlı təmsilçisi "Zirə"ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0.
Qarşılaşmadakı yeganə qolu 23-cü dəqiqədə qonaqların 23 nömrəli futbolçusu Mfo Kqasvane vurub. Bu qələbədən sonra xalını 17-ə çatdıran "Zirə" 6-cı pilləyə yüksəlib. Hesabında 14 xalı olan "Sumqayıt" isə qəsəbə təmsilçisinin tərk etdiyi sonuncu pilləyə enib.
Qeyd edək ki, ilk oyun günüdə "Qəbələ" - "Keşlə" oyunu qolsuz bərabərliklə başa çatdığı halda, "Sabah" evdə "Qarabağ"la heç-heçə edib - 1:1. Bu gün keçirilən ilk matçda isə lider "Neftçi" öz meydanında "Səbail"ə 1:2 hesabı ilə uduzub.
---
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, mərkəzi qarşılaşmada "Neftçi" "Bakcell Arena"da "Səbail"i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 35-ci dəqiqədə qonaqa komandanın ən məhsuldar hücumçusu Kevin Kubemba açıb. O, Tural Axundovun qapıçıya yanlış ötürməsindən sonra fərqlənib. Kubemba aktivinə 5-ci qolu yazıb. 43-cü dəqiqədə Yevgeni Koçuk cərimə zərbəsindən sonra "Səbail"in ikinci topunu vurub.
"Neftçi" təsəlli qoluna 56-cı dəqiqədə imza atıb. Kapitan Emin Mahmudovun ötürməsindən sonra Baqali Dabo fərqlənərək, aktivindəki qolların sayını 8-ə çatdırıb və bombardirlər siyahısında vahid liderə çevrilib.
Beləliklə, "Neftçi" Premyer Liqada 2-ci məğlubiyyətlə üzləşib. Flaqman ilk dəfə VIII turda səfərdə "Qəbələ"yə uduzub - 1:3.
Hesabat turunda yenilməsinə baxmayaraq, "Neftçi" 38 xalla "Qarabağ"la liderliyini davam etdirir. "Səbail" isə xallarını 30-a çatdırsa da, 3-cü pillədə qalıb.
------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun son 2 oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, əvvəlcə turnir cədvəlinin ön, ardından alt pillələrində olan komandalar qarşılaşacaqlar.
Lider "Neftçi" "Bakcell Arena"da "Səbail"i qəbul edəcək. Hər iki kollektiv ilk oyun günündə "Qarabağ"ın "Sabah" klubu ilə səfər matçında 1:1 hesablı heç-heçə edərək xal itirməsindən faydalanmağa çalışacaq. Hazırda "ağ-qaralar" da Ağdam təmsilçisi kimi 38 xala malik olsalar da, şəxsi oyunlardakı üstünlükləri səbəbindən 1-ci pillədə yer alıblar. Bayıl təmsilçisi isə 27 xalla 3-cü pillədə qərarlaşıb. Bu isə o deməkdir ki, "Neftçi" qələbə qazansa, ən yaxın izləyicisindən 3 xal aralanaraq, vahid lider olacaq. "Səbail" qalib gələcəyi təqdirdə isə şərikli liderlərlə xal fərqini 8-ə endirəcək və 4-cü pillədəki "Qəbələ"ni 6 xal geridə qoyacaq.
Flaqman bu matça itki ilə çıxacaq. Mərkəz müdafiəçisi Kirilo Petrov sarı vərəqə limitini doldurduğu üçün forma geyinməyəcək. Onun mövqeyində zədəsini sağaldan Ruslan Abışov və ya yeni transfer Petru Rakunun oynayacağı gözlənilir.
İki komanda indiyədək 6 dəfə üz-üzə gəlib. Bunların 5-də "Neftçi", 1-də "Səbail" qalib gəlib. Topların nisbətində üstünlük də "ağ-qaralar"ın tərəfindədir - 15:2. Flaqman məhz son 5 görüşünü qələbə ilə başa vurub və üstəlik, ev oyunlarında xal itirməyib.
Turun son qarşılaşması isə "Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" komandaları arasında keçiriləcək. Bu matç baş məşqçi Ayxan Abbasovla həmkarı Samir Abasovun keçmiş komandalarına qarşı dueli kimi əlamətdar olacaq. Digər tərəfdən, qış fasiləsinda iki klub arasında futbolçu yerdəyişməsi baş verib. Bəxtiyar Həsənalızadə "Sumqayıt"dan "Zirə"yə, Adil Nağıyev isə əks marşrut üzrə hərəkət edib. "Sumqayıt" mövsümün ikinci yarısına 3 məğlubiyyətlə, "Zirə" isə bütün mümkün nəticələrlə başlayıb. Turnir cədvəlinin son 2 pilləsindəki klubların duelindən qalib ayrılacaq tərəf 6-cı pilləyə yüksələcək. Hazırda "Sumqayıt"ın 15, "Zirə"nin 14 xalı var. İlk oyun günündə "Keşlə" səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə edərək, xallarını 16-ya çatdırıb və yenə 6-cı pillədə yer alıb.
"Zirə" və "Sumqayıt" Azərbaycan Kubokunun yarımfinalında da qarşılaşacaq. Premyer Liqada isə onlar 15-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 14 oyunun 4-də "gənclik şəhəri", 7-də qəsəbə təmsilçisi qalib olubsa, 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Zirə" öndədir - 18:12. Lakin “Sumqayıt” 7 oyundur meydanı qolsuz tərk etmir. Digər tərəfdən, son 9 qarşılaşmada meydan sahibi olan klub qol vurub.
Azərbaycan Premyer Liqası, XVIII tur
24 fevral (bazar)
16:00. “Neftçi” – “Səbail” - 1:2
Qollar: Baqali Dabo, 56 - Kevin Kubemba, 35. Yevgeni Koçuk, 44
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”
18:30. “Sumqayıt” – “Zirə” - 0:1
Qol: Mfo Kqasvane, 23
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”.
Turnir cədvəli
Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7, Ceyms Adeniyi ("Qəbələ"), Mirabdulla Abbasov ("Neftçi"), Filip Ozobiç ("Qarabağ") - 6 qol.
Qeyd: AFFA İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib.