2010-2011 mövsümündə beynəlxalq dərəcəli hakim olacağıma dair söhbətlər həqiqətən də var idi. Bu barədə özümə də deyilmişdi".
Bunu Sportnet.az-a açıqlamasında artıq hakimlik karyerasını başa vurmuş Ramil Diniyev deyib. 41 yaşlı sabiq baş hakim bildirib ki, FIFA referisi ola bilməməsinin səbəbini AFFA Hakimlər Komitəsinin əvvəlki sədri Xaqani Məmmədov izah edə bilər: "Həmin vaxt reytinqcə də yüksəkdə idim, yaşım da buna imkan verirdi. Oyunları isə yüksək səviyyədə idarə edirdim. Çempionat "6-lıq" sistemi ilə keçirilirdi. Mən isə ilk "6-lıq"dakı bütün ağır oyunlara təyinat alırdım. Elə mövsüm olurdu ki, ikinci "6-lıq"dakı oyunlardan heç birini idarə etmirdim. Görünür, sonradan məsləhət olmayıb. AFFA Hakimlər Komitəsinin əvvəlki sədri Xaqani Məmmədova sual versəniz, səbəbini daha yaxşı o bilər".
Diniyevin fikrincə, son mövsümlərində yaş amili FIFA referisi olmasına təsirsiz ötüşməyib: "38 yaşda FIFA referisi olub 3-4 ildən sonra geri çağırılmaq da münasib alınmazdı. Ona görə də daha gənc referilərə şans verildi. Özüm də hesab etdim ki, 40 yaş ərəfəsində beynəlxalq dərəcəli hakim olmağın əhəmiyyəti yoxdur. Yəni, irəli çəkilməməyimdə qeyri-adi bir şey olmadı".
Qeyd edək ki, Ramil Diniyevlə geniş müsahibə tezliklə Sportnet.az-da dərc olunacaq.