Azərbaycan Premyer Liqasında XVIII turunun ən yaxşı futbolçusu məlum olub.
Sportnet.az xəbər verir ki, “InStat” şirkəti “Qarabağ”ın müdafiəçisi Ansi Aqollini fərqləndirib. 36 yaşlı albaniyalı oyunçu “Sabaha”a qarşı görüşdə 90 dəqiqə meydanda olub. Araşdırmalara əsasən Ansi Aqolli turun ən yaxşı indeksə malik futbolçusudur.
Qeyd edək ki, daha əvvəl turun rəmzi komandası açıqlanıb.