Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Rikardu Kuarejma avrokuboklardan 3 oyunluq kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi portuqaliyalı yarımmüdafiəçinin Avropa Liqasının qrup mərhələsində İsveç "Malmö"sünə İstanbulda 0:1 hesabı ilə uduzduqları görüş zamanı rəqibə sərt oyunu göstərilib.
Həmin vaxt qırmızı vərəqə alan Kuarejma cəzasını növbəti avrokubok mövsümündəki ilk 3 qarşılaşmada çəkəcək.