"Beşiktaş" klubu mövsümün əvvəlində "Fuhem"ə satdığı Fabrisio Ramirezi yenidən heyətinə cəlb edir.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi sabiq qapıçısı Fabrinin komandaya keçidini həll edib. Cari mövsümün əvvəlində Premyer Liqaya üz tutan ispaniyalı qapıçı hazırkı klubundan ayrılmaq istəyir. Buna səbəb təcrübəli qolkiperin "Fulhem"də 3-cü qapıçı olmasıdır.
Qeyd edək ki, Fabrisio 2016-2017 -ci il mövsümündə "Beşiktaş"a transfer olunmuşdu. O, gəldiyi ilk ilində ölkə çempionluğu yaşamış, növbəti mövsüm isə çempionatın ən az qol buraxan qapıçısı olmuşdu.